Mərdəkanda Qoşa Qala restoranı ilə üzbə üz, Bravo marketdən 400–500 metr arxada yerləşən, yolu tam asfalt olan 30 sot torpaq sahəsi satışa çıxarılıb. Əraziyə həmçinin Kəndimiz restoranı, Qaranquş restoranı istiqamətlərindən çatmaq mümkündür. 12 sotunun çıxarışı var, 18 sot sənədsizdir. Torpağın sənədsiz hissəsi torpağın sağ hissəsinə düşür. Torpaq sahəsi rahatlıqla 4-5 yerə bölgüyə yararlıdır. Torpaq sahəsi dörd tərəfdən hasara alınıb. Ətrafı yeni tikili villalardır. Sakit, rahat və prestijli məhəllədə yerləşir. 4 fəsil yaşayış üçün əlverişlidir. Topraq sahəsində bütün kammunal xətləri (su, işıq, qaz, internet) mövcuddur.