Satılır 1 otaqlı yeni tikili 30 m²
Bakı şəhəri, Xırdalan şəhərində, Kristal Abşeron 2 Yaşayış Kompleksində mənzil satılır!
Xırdalan şəhərində yerləşən Kristal Abşeron 2 Yaşayış Kompleksində 1 otaqlı, 29.9 kv.m sahəyə malik mənzil satışa çıxarılıb.
Mənzil 14 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Təmirlidir, çıxarış (kupça) mövcuddur və ipotekaya yararlıdır. Rahat planlaşdırmaya malik olduğundan həm yaşayış, həm də investisiya üçün əlverişlidir.
Binada qaz, su və işıq daimidir. Elektrik enerjisində fasilə yarandıqda lift generator vasitəsilə fasiləsiz fəaliyyət göstərir.
Kompleks əlverişli ərazidə yerləşir. Yaxınlığında Sürət qatarı, şəhərə gedən marşrut xətti, məktəb, poliklinika, məhkəmə, prokurorluq, polis idarəsi, icra hakimiyyəti və digər dövlət qurumları mövcuddur. Gündəlik tələbat üçün bütün infrastruktur obyektləri yaxın məsafədədir.
Həm şəxsi yaşayış, həm də gələcəkdə kirayə vermək və investisiya məqsədilə ideal seçimdir.
Qiymət: 75 000 AZN. Real alıcı ilə qiymətdə razılaşma mümkündür.