"Gənclik" metrosuna cəmi 5 dəqiqəlik məsafədə, Atatürk prospektində, yol kənarında prestijli obyekt icarəyə verilir. Ümumi sahəsi 120 kv.m təşkil edən obyekt geniş vitrinli zal formasındadır, daxilində 1 müdir otağı, 1 mətbəxi və 1 sanuzeli mövcuddur. Obyekt yüksək səviyyədə təmir olunub və istilik sistemi kombidir. Şəhərin ən prestijli və gediş-gəlişli biznes küçələrindən birində yerləşən bu məkanın tam yanında Rumıniya Səfirliyi, ABB Bank filialı, King Book House, NEQSOL Holding baş ofisi, Atəşgah Sığorta, digər aparıcı bank filialları, notariat kontorları, özəl tibb mərkəzləri, brend mağazalar, populyar kafe və restoranlar fəaliyyət göstərir. Müştəri axınının və avtomobil sıxlığının çox yüksək olduğu strateji nöqtədir. Şirkət nümayəndəliyi, lüks ofis, klinika, bank filialı, tədris mərkəzi və ya şou-rum üçün ideal seçimdir. Qiymət 3200 AZN.