Satılır 4 otaqlı həyət evi/bağ evi 322 m², Binə q.
Binə qəsəbəsinin Bolluq massivində, Mərdəkan şossesindən cəmi 500 metr məsafədə yerləşən bu müasir və tam təchizatlı həyət evi komfortlu yaşayış və yüksək həyat keyfiyyəti axtaran ailələr üçün ideal seçimdir.
Ərazi əlverişli infrastruktura malikdir – yaxınlıqda 88 nömrəli tam orta məktəb, Bravo və Grand Market yerləşir.
Ev 7.3 sot torpaq sahəsində inşa olunub və ümumi sahəsi 322 m² təşkil edir. Bir yaşayış mərtəbəsi və geniş zirzəmi qatından ibarətdir.
Yaşayış mərtəbəsi:
* Geniş və işıqlı zal
* 3 rahat yataq otağı
* Müasir mətbəx
* Qarderob otağı
* Anbar
* 2 sanitar qovşağı
* 25 m² açıq eyvan
* Tavan hündürlüyü – 3 metr
Zirzəmi qatı:
* 2 avtomobil üçün 65 m² qaraj
* Təxminən 85 m² fitness, istirahət və ya hobbi otağı kimi istifadə oluna biləcək geniş sahə
* Tavan hündürlüyü – 2.2 metr
Ev yüksək səviyyəli təhlükəsizlik və müasir texnologiyalarla təchiz olunub:
* ZKTeco təhlükəsizlik kameraları
* Siqnalizasiya sistemi
* Uzaqdan idarəetmə funksiyaları
* Kombi və kondisionerlərin idarə olunması
* Ağacların avtomatik suvarılması
* Yanğın və su axıntısına nəzarət sistemi
Kommunikasiya və texniki təminatı:
* Daimi su, qaz və 3 fazalı elektrik
* 5G sürətli internet
* Artezian quyusu
* Samur–Abşeron kanalından qanuni suvarma xətti
* Su drenaj sistemi
* Yanğınsöndürmə xətti
* 2.2 kV generator və generator üçün ayrıca elektrik xətti
Həyətdə ailəvi istirahət və aktiv həyat tərzi üçün hər bir şərait yaradılıb:
* 35 şam ağacı ilə yaşıllaşdırılmış ərazi
* 3 tonluq su çəni
* Güclü projektor işıqlandırmasına malik tennis və voleybol meydançası
* 4 metr diametrli Intex hovuz
* Əlavə sanitar qovşağı
Ev bütün əşyaları ilə birlikdə satılır. 4 ədəd kondisioner və Kombi sistemi vardır.
Ev və torpaq tam paket kupçalıdır.