Elmlər Akademiyası metro stansiyasının yaxınlığında, Yasamal rayonunun əlverişli və intensiv hərəkət olan hissəsində yerləşən 60 kvadratmetr sahəyə malik tam təmirli obyekt icarəyə verilir.
Obyekt Musabəyov Parkı, Yasamal Parkı, Emerald Palace, Renaissance Palace, 53 nömrəli tam orta məktəb və Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir. Ərazi həm piyadaların, həm də avtomobillərin sıx hərəkət etdiyi prestijli məkandır.
Obyekt yol kənarında yerləşir və geniş vitraj şüşəli fasada malikdir. Böyük vitrin reklam və təqdimat baxımından yüksək görünürlük təmin edir. Daxili hissə geniş və işıqlı zaldan, həmçinin obyektə məxsus ayrıca sanitar qovşağından ibarətdir. Tam təmirli olduğu üçün əlavə xərc çəkmədən dərhal fəaliyyətə başlamaq mümkündür.
Obyekt müxtəlif fəaliyyət sahələri üçün uyğundur. Burada ofis, şirkət nümayəndəliyi, İT ofisi, gözəllik salonu, tədris və hazırlıq mərkəzi, konsultasiya xidməti, butik, showroom, stomatoloji və ya kosmetoloji kabinet, turizm şirkəti, sığorta və daşınmaz əmlak ofisi, hüquq və mühasibat xidməti, eləcə də digər kommersiya fəaliyyətlərini rahat şəkildə təşkil etmək mümkündür.
Əlavə məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis xidmət haqqı 30% təşkil edir.